Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin yaz sessiyası üzrə ilk iclası keçirilir.Sherg.az xəbər verir ki, komitənin bugünkü iclasının gündəliyinə dörd məsələ daxil edilib.Bunlar Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində 2025-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabat, komitənin 2026-cı ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planıdır.Həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi də bugünkü iclasda müzakirə ediləcək.Eyni zamanda Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi də iclasın gündəliyində yer alıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.