Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament görüşündə iştirak etmək üçün ölkəmizə gəlib.
Reyting.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin deputatı Soltan Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
ELÇİN