“Parma”nın qapıçısı İngiltərə yolunda

15.08.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Aston Villa” klubu “Parma”nın yaponiyalı qolkiperi Dion Suzukinin transferi üzərində işlərə başlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Birmingem təmsilçisi İtaliya klubu ilə artıq təmasa keçib və tərəflər arasında danışıqlar davam edir. Premyer Liqa klubunun 23 yaşlı qapıçı üçün 30 milyon avrodan artıq məbləğ ödəməyə hazır olduğu bildirilir.

Avqustun 11-də PSJ də yaponiyalı futbolçunun keçidi ilə bağlı “Parma” ilə razılıq əldə etmişdi, lakin oyunçunun nümayəndələrinin tələb etdiyi yüksək komissiya haqqı səbəbindən fransızlarla anlaşma son anda pozulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью