Parollar bizi qoruyur, yoxsa əsir edir? | Icma.az
Bakupost saytına istinadən Icma.az xəbər verir. Texnologiya ilə təhlükəsizlik arasında görünməyən psixoloji savaşHər birimiz telefonlarımızd
İki pilləli, hətta üç pilləli təhlükəsizlik sistemləri artıq gündəlik həyatımızın bir parçasına çevrilib.
Amma bir sual var: bizi qorumaq üçün yaradılmış bu sistemlər, əslində bizi gündəlik həyatın içində əsirə çevirmirmi?Telefonu açmaq – kiçik, amma yorucu mərasimSəhər oyanırsan, telefonun ekranına baxırsan – barmaq izi oxunmur, parol istəyir.
Bəzən ikinci təsdiq də lazımdır – kod telefonuna gəlir, onu yazmalısan.
Sadəcə bir bildirişə baxmaq üçün bu qədər mərhələ keçmək məcburiyyətindəsən.
Hər dəfə cihazını istifadə etməzdən əvvəl təkrar-təkrar eyni proses: aç, yaz, təsdiqlə…Bu vərdiş artıq texnoloji rutindən çıxıb, psixoloji yüklənməyə çevrilib.
Çünki insan beyni, xüsusilə gündəlik qərar proseslərində, sadəlik və avtomatlaşmaya meyllidir.
Ancaq daim parol xatırlamaq, onu yazmaq, dəyişdirmək beyni lazımsız məşğul edir.Təhlükəsizlik qorxusu: texnoloji paranoya?Hər il on minlərlə insanın şəxsi məlumatları oğurlanır, bank kartları ələ keçirilir, şəxsi fotolar yayılır.
Tam oxu
Xəbəri oxu