Part time işlərdə əməkhaqqı necə hesablanır?

11.08.2026

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Part-time" iş modeli son illərdə həm işəgötürənlər, həm də çalışanlar üçün daha çox istifadə olunan məşğulluq formalarından birinə çevrilib. Tam iş günündən fərqli olaraq, bu format iş vaxtının daha çevik təşkilinə imkan verir. Lakin natamam iş rejimində çalışanların əməkhaqqının hansı prinsiplərlə müəyyənləşdirilməsi tez-tez sual doğurur. Burada işin xüsusiyyəti, vəzifənin səviyyəsi və çalışma müddəti kimi müxtəlif amillər nəzərə alına bilər. Bəs Azərbaycanda "part-time" çalışanların əməkhaqqıları necə hesablanır?

"HR Hunter" şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə bu mövzuda Banco.az-a  açıqlamasında bildirib ki, "part-time" işlərdə əməkhaqqı bir neçə kateqoriyaya əsasən müəyyənləşdirilir:

"Birincisi, iş yüküdür. Yəni, şəxsin hansı işi görəcəyi, hansı vəzifələri icra edəcəyi və işin həcmi nəzərə alınır. İkincisi, işin strateji əhəmiyyətidir. İş fəhlə kateqoriyasına aid ola və daha aşağı əməkhaqqı müəyyən edilə bilər. Elə işlər də var ki, daha yüksək kateqoriyaya aid edilir və buna uyğun olaraq, part-time olsa belə, daha yüksək əməkhaqqı təyin oluna bilər.

Əməkhaqqı, həmçinin iş saatlarına əsasən tənzimlənir. Lakin bu üç amil nəzərə alınsa belə, bəzi hallarda iş saatlarına görə daha yüksək əməkhaqqının verildiyini görə bilirik.

İ. Mirzəzadə qeyd edib ki, Əmək Məcəlləsinə əsasən, "part-time" işləmək mümkündür: "Şəxs minimum gündəlik 1 saat olmaqla "part-time" işləyə bilər və buna uyğun olaraq ştat vahidi də yaradıla bilər".

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью