Partiya sədri: Avropa Şurası beynəlxalq qurum kimi yox ola bilər | Icma.az
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Avropa Şurasının Azərbaycanın mandatını təsdiq etməməsi birbaşa erməni lobbisi, Fransa və onların həmfikirlərinin ölkəmizə təzyiqinin təzahürüdür".
Bu sözləri Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu "Cebheinfo.az"-a açıqlamasında deyib.
O bildirib ki, Avropa Şurası kimi qurumlar belə addımlar atmaqla nəyəsə nail ola bilməyəcəklər: "Əgər Azərbaycan Avropa Şurasına lazım deyilsə, Avropa Şurası da Azərbaycana lazım deyil.
Hər kəs bunu belə qəbul etməlidirlər. Hesab edirəm ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) artıq siyasi təşkilat və birlik olaraq bu
Artıq dünyadakı ciddi beynəlxalq qurumlar sırasında AŞPA-nın mövcudluğu sual altındadır.
Avropa Şurası birmənalı olaraq Fransanın və erməni lobbisinin sifarişi altında Cənubi Qafqazın super dövləti olan, tarixi zəfər əldə etmiş Azərbaycana qarşı ikili standartlarla yanaşır.
Onların Fransanın, erməni lobbisinin və müəyyən ermənipərəst dairələrinin sifarişini yerinə yetirməsi göz önündədir".
Tam oxu
Xəbəri oxu