Partiya sədri: “Əli Kərimlini heç kəs ona görə müdafiə etmir ki...”

02.12.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ölkədə tanınan siyasətçi olsa da, bu, onun qeyri-qanuni hərəkətlər etməyinə əsas vermir”. 

Bu sözləri Ədalət Partiyasının sədri Mütəllim Rəhimli “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, Əli Kərimli qanunsuz hərəkətlər etdiyi üçün kimsə onu müdafiə etmir: 

“Hazırda ona nə Azərbaycan ictimaiyyəti, nə də beynəlxalq aləm dəstək verir. Ümumiyyətlə, hər bir qanunsuz hərəkətin özünəməxsus cəzası var. İndiki halda Əli Kərimli haqqında 2 ay 15 günlük həbs qətimkan tədbiri seçilib. 

Ona qarşı Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə irəli sürülən ittihamla bağlı istintaq prosesi davam edir. Bu, bilavasitə “Ramiz Mehdiyev işi” ilə bağlıdır. Beynəlxalq ictimaiyyətin də istintaq davam edərkən hansısa reaksiya verməsi düzgün olmazdı və reaksiya da verilmədi”. 

Siyasətçi qeyd edib ki, Əli Kərimlinin saxlanılması üçün ciddi əsaslar var: 

“O, Ramiz Mehdiyevlə əlaqəsi olduğu üçün istintaqa cəlb olunub. Hazırda davam edən proseslərdə hər hansısa qanunsuzluğun olmadığı da hamıya məlumdur. Qanunlara uyğun və tam şəffaf şəkildə istintaq prosesi davam etdirilir”. 

Mütəllim Rəhimov onu da diqqətə çatdırıb ki, Əli Kərimli indiyə kimi özünü dünya səviyyəsində tanınan siyasətçi kimi təqdim edirdi: 

“Lakin gəlinən nöqtədə onun iddiası ilə reallığın fərqli olduğu bir daha ortaya çıxdı. Hər kəs özünün dünyaca məşhur siyasətçi olduğunu deyə bilər, amma bu, əsas sayıla bilməz. Bunu sadəcə fikir kimi dəyərləndirmək olar. Əli Kərimlinin özünü dünya səviyyəli siyasətçi adlandırması pafoslu səslənir. 

O, uzun müddətdir Azərbaycan siyasətindədir və ölkədə uzun illərdir fəaliyyət göstərən partiyanın sədridir. AXCP sədri Azərbaycan cəmiyyətində tanına bilər, ancaq özünü beynəlxalq səviyyəli siyasətçi kimi təqdim etməsi doğru yanaşma deyil”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Əli Kərimli Mütəllim Rəhimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью