PARTİYA SƏDRI SAXLANILDI Prezidenti təhqirə görə

20.01.2025

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zəfər Partiyasının sədri Ümit Özdağ saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "prezidenti təhqir etmək" maddəsi ilə açılan istintaq çərçivəsində tutulub.

Məlumata görə, Ümit Özdağ yanvarın 19-da partiyasının təşkilat sədrləri ilə toplantıda prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına söylədiyi fikirlərlə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən istintaqa cəlbv olunub: "Özdağ istintaq çərçivəsində Ankarada saxlanılıb. O, təhlükəsizlik qüvvələri tərəfindən İstanbula gətirilib. Hazırda ifadəsi alınır".

Lamiyə
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью