Partiya sədrindən Əli Kərimliyə: Azərbaycanlılardan qisas almağa çalışır” | Icma.az
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır. AXCP sədri Əli Kərimli yenə də ölkəmiz əleyhinə fikirləri ilə diqqət çəkir.
O, Hindistanın vetosu ilə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşula bilməməsini sevinclə qarşılayıb: “Bu dəfə də xətadan Hindistanın sayəsində qurtulduq.
Hindistan veto hüququndan istifadə etməsəydi, Azərbaycan ötən il BRİKS-ə, bu il də ŞƏT-ə qoşulacaqdı.
Xatırladım ki, BRİKS və ŞƏT Rusiya və Çinin liderlik etdiyi, avtoritar və totalitar rejimlərin Qərbə və demokratikləşmə prosesinə qarşı müqavimət mərkəzi funksiyasını yerinə yetirən təşkilatlardır”.
O, Azərbaycanın “anti-Qərb”, “antidemokratiya” blokunda möhkəmlənməsinin ölkəmizin maraqlarına tamamilə zidd olacağını iddia edib.
Lakin reallıq tamamilə fərqlidir. Əslində, həm BRİKS, həm də Şanxay Əməkdaşlıq Təşkilatı çox nüfuzlu beynəlxalq təşkilatlardır.
Azərbaycanın o təşkilatlarda təmsil olunması isə iqtisadi imkanlarının artmasına gətirib çıxaracaq.
Bu isə təbii ki, həm xalqın, həm də dövlətin xeyrinədir. Göründüyü kimi, yenə də millətin maraqları AXCP sədrinin vecinə deyil.
Tam oxu
Xəbəri oxu