Partiya sədrinin xanımı blogerliyə başladı VİDEO

26.01.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

AĞ Partiyanın başqanı Tural Abbaslının həyat yoldaşı Nərmin Abbaslı blogerliyə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, N.Abbaslı sosial mediada, əsasən, səhiyyə iqtisadiyyatı mövzusunda videolar çəkməklə auditoriyası ilə fikirlərini bölüşür.

O, səhiyyə sahəsinin iqtisadi problemlərinə, tibbi təhsil və xidmətlərin maliyyələşdirilməsinə dair təhlillər aparır, sualları cavablandırır.

Nərmin Abbaslı yalnız media sahəsində deyil, həm də ictimai-siyasi mühitdə tanınmış simadır: o, AĞ Partiyanın sədr müavini olmaqla yanaşı, 2024‑cü ildə partiyanın sədri Tural Abbaslı ilə birlikdə parlament seçkilərində də aktiv iştirak etmişdi.

Qeyd edək ki, cütlük 2021‑ci ildə ailə qurub.

N.Abbaslı həmçinin sabiq deputat, Müsavat Partiyası funksionerlərindən olan İkram İsrafilin qızıdır. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью