“Partizan” Elvini transfer etmək üçün danışıqlara başladı

27.06.2026

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Serbiyanın "Partizan" klubu Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyevin transferi üçün hərəkətə keçib. Sport24.az xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Belqrad təmsilçisi 25 yaşlı cinah müdafiəçisinin xidmətində ciddi maraqlıdır və onun transferi üçün ilkin danışıqlara başlayıb.
Bildirilir ki, "Partizan"ın rəhbərliyi və məşqçilər korpusu Elvin Cəfərquliyevi komandada görmək istəyir. Klub artıq bu keçidin reallaşması istiqamətində ilk rəsmi addımları atıb.
Qeyd edək ki, Elvin Cəfərquliyev hazırda "Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışında iştirak edir. Azərbaycan millisinin üzvü ötən mövsümün sonunda intizam qaydalarını pozduğu üçün əsas heyətdən kənarlaşdırılmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью