Partlamamış artilleriya mərmisi Livanın cənubunda UNIFILin qərargahına düşüb

16.11.2024

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələrinin (UNIFIL) Livanın cənubunda yerləşən qərargahına partlamamış artilleriya mərmisinin düşdüyü açıqlanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hadisədə xəsarət alan yoxdur. lakin maddi ziyan dəydiyi açıqlanıb.

Ərazinin tez bir zamanda təhlükəsizliyinin təmin olunduğu və top mərmisinin bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər tərəfindən nəzarətli şəkildə partladıldığı bildirilib.

UNIFIL-dən verilən başqa bir açıqlamada, Livanın cənubundakı Nakurada UNIFIL qərargahına gedən konvoyun Şema şəhəri yaxınlığında yol qəzası keçirdiyi bildirilir.

Sahil yolunda baş verən yol qəzasında bir fransız sülhməramlısının öldüyü, 3 nəfərin yüngül xəsarət aldığı bildirilib.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью