Partlayan təkər 2 nəfəri öldürdü

14.09.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Özbəkistandakı Nəvai dağ-mədən kombinatında yük avtomobilinin təkərinin partlaması 2 nəfərin həyatına son qoyub.

Avtosfer.az xəbər verir ki, hadisə təkər təmiri sexində baş verib. Borudaşıyan avtomobilin təkərinin təmir zamanı partlaması nəticəsinə 2 təmirçi hadisə yerində ölüb. 

Prokurorluq hadisəni bədbəxt hadisə kimi tövsif edib. 

Qeyd edək ki, ağırtonajlı avtomobillərin təkərlərinin təmiri kifayət qədər riskli işdir. Bəzi ölkələrdə bu təkərlər sıfırdan doldurularkən xüsusi metal qəfəsə salınır.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью