Partlayan Tesla Cybertruckın sürücüsü GÖRÜN KİM İMİŞ ŞOK DETALLAR

02.01.2025

Sitat.info portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Las-Veqasda Donald Trampın oteli yaxınlığında "Tesla Cybertruck"ı partladan sürücünün kimliyi məlum olub.

"Trump Otel"in qarşısında partlayış baş verən zaman əslən Kolorado-Sprinqsdən olan 37 yaşlı Metyu Livelsbergerin avtomobildə olduğu iddia edilir. Bildirilir ki, həmin şəxsin Nyu Orleanda terror aktını həyata keçirən Şəmsud-Din Cabbarla əlaqəsi ola bilər.  Livelsberger-in sosial media hesabında onun xüsusi qüvvələrdə təcrübəsi olan bir kəşfiyyat meneceri olduğu bildirilir.

Axtarış zamanı “Cybertruck” elektromobilindən külli miqdarda pirotexniki vasitələr və benzin qutuları aşkar edilib. "Trump Otel"in binası boşaldılıb. FTB Tramp otelinin yaxınlığında baş verən partlayışı terror hücumu adlandırmağa tələsmir.

Lakin ən maraqlı məqam ondadır ki, hər iki (Nyu Orleanda terror aktında istifadə edilən) avtomobil eyni yerdən icarəyə götürülüb. 

Co Bayden bildirib ki, kəşfiyyat orqanları Nyu Orleandakı terror aktı ilə Tramp otelindəki partlayış arasında əlaqənin olub-olmadığını araşdırır.Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью