Partlayış olacaq, təşvişə düşməyin MN dən xəbərdarlıq

17.01.2025

Icma.az, Manset portalına istinadən məlumat yayır.

İstismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla yanvarın 17-də Goran Təlim Mərkəzində məhvi prosesi davam etdirilir.


Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlik əhalini partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırır.

Qeyd edək ki, yanvarın 15-16-da da istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının Goran Təlim Mərkəzində məhvi prosesi həyata keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью