Partlayış olan evi iki gün əvvəl kirayə götürüblərmiş Video

23.04.2025

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində evdə partlayış olub.

“Qafqazinfo” ATV-yə istinadən xəbər verir ki, sözügedən fərdi yaşayış evində qanunsuz spirtli içki istehsalı ilə məşğul olublar.

Məlumata görə, ev iki gün əvvəl kirayə götürülüb. İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.

Qeyd edək ki, hadisə nəticəsində evdə olan Elvin Məmmədov ölüb, Nihad Əşrəfov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı süjetdə:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью