Partlayış zamanı evsiz qalan sakinlərə ev veriləcək?

05.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, dekabrın 3-də Sumqayıt şəhərinin 13-cü mikrorayonunda baş vermiş qəza ilə əlaqədar müvafiq orqanlar tərəfindən binaya yoxlama aparılıb.

Bakıvaxtı.az-ın Milli.az-a istinadən məlumatına görə, bu haqda Sumqayıt Şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev məlumat verib.

"Mütəxəssislərin rəyinə əsasən, müvafiq qərar veriləcək. Qərar alındıqdan sonra, əgər zərurət yaranarsa, ailələrin müraciətləri əsasında onlara müvəqqəti yaşayış yeri təmin ediləcək", - o qeyd edib.

Qeyd edək ki, partlayış nəticəsində 6 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью