Partlayış zamanı evsiz qalan sakinlərə yeni ev veriləcək? AÇIQLAMA

05.12.2024

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, dekabrın 3-də Sumqayıt şəhərinin 13-cü mikrorayonunda baş vermiş qəza ilə əlaqədar müvafiq orqanlar tərəfindən binaya yoxlama aparılıb.

Milli.Az xəbər verir ki, bu haqda Sumqayıt Şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev məlumat verib.
"Mütəxəssislərin rəyinə əsasən, müvafiq qərar veriləcək. Qərar alındıqdan sonra, əgər zərurət yaranarsa, ailələrin müraciətləri əsasında onlara müvəqqəti yaşayış yeri təmin ediləcək", - o qeyd edib.

Qeyd edək ki, partlayış nəticəsində 6 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью