Partlayış zamanı şok keçirən qadın öldü

04.12.2024

Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıtda ötən gün baş verən partlayış zamanı şok keçirən qonşu qadın bu gün ölüb.

Manset.az xəbər verir ki, dekabrın 3-də Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində partlayış baş verən mənzillə qonşu olan evdə yaşayan 1952-ci il təvəllüdlü qadın bu gün həyatını itirib.

İlkin məlumata görə, sözügedən hadisənin şokundan ayılmayan qadın ürəktutmadan ölüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью