Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi

10.07.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyulun 4-ü Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində baş verən partlayışda yaralanan daha 2 nəfər vəfat edib.

“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, aparılan reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1984-cü il təvəllüdlü (kişi) və 1990-cı il təvəllüdlü (qadın) şəxslərin bioloji ölüm faktı qeydə alınıb.

Partlayışda xəsarət alan 2011-ci il təvəllüdlü yeniyetmənin (qadın cinsli) müalicəsi Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Məlumat üçün qeyd edək ki, həyatını itirən şəxslər hadisə günü ölən Zəhra İsrafilovanın atası və anasıdır. Xəsarət alan bacısının müalicəsi isə xəstəxanada davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью