Partlayışda xəsarət alan mayor 25 gün sonra vəfat etdi

02.07.2026

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az-ın xəbərinə görə, o, Bakıda iş yerində baş verən partlayışda ağır xəsarət alıb və komaya düşüb.

M.Miriyev paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib. Qazi 25 gün komada qaldıqdan sonra iyulun 1-də vəfat edib. 

Mərhum anadan olduğu Salyan rayonunun Xalac kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Miriyev Miryusif Miryavər oğlu Vətən müharibəsində iştirak edib. O, döyüşlərdə fərqləndiyinə görə "Füzulinin azad olunmasına görə", "Suqovusanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью