Partlayışda yaralanan digər qardaş da öldü

29.05.2025

Icma.az, Modern.az saytına istinadən bildirir.

Neftçalada baş verən partlayışda xəsarət alan daha bir ailə üzvü ölüb.

Modern.az APA-ya istinadən xəbər verir ki, ötən gün Neftçalanın Xolqaraqaşlı kəndində yanğınla müşayiət olunan partlayışda xəsarət alan qardaşlardan ikincisi - 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu xəstəxanada vəfat edib.

Qeyd edək ki, dünən fərdi yaşayış evində baş verən hadisə zamanı 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu yanaraq ölüb. 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu yanıq xəsarətləri ilə Neftçala xəstəxanasına yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью