Partlayışda yaralananların son durumu

06.12.2024

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

03.12.2024-cü il tarixində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə xəsarət alan 1977-ci il və 2007-ci il (kişi cinsli) şəxslər 04.12.2024-cü il tarixində saat 20:00 radələrində Bakıda fəaliyyət göstərən özəl tibb müəssisəsindən Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasına təxliyə olunublar. 

Başın, boyunun, gövdənin hər iki yuxarı və aşağı ətrafın I-II-III A dərəcəli termiki yanığı (70-75%), döş qəfəsinin sağ yarısının küt travması, sağtərəfli pnevmatoraks, yanıq şoku III dərəcə diaqnozları təyin edilən 1977-ci il təvəllüdlü şəxs və başın, boyunun, gövdənin hər iki yuxarı və aşağı ətrafın I-II-III A dərəcəli termiki yanığı (60-65%), yanıq şoku III dərəcə diaqnozları təyin edilən 2007-ci il təvəllüdlü şəxs xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. 

Ağırlıq dərəcəsinə əsasən xəstələr xüsusi boksdadır. Tibbi personal tərəfindən bütün zəruri tibbi yardımlar göstərilir, vəziyyətləri ağır olaraq qalır.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью