Partlayışın baş verdiyi bina hazırda bu vəziyyətdədir VİDEO

24.11.2025

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Bakının Nərimanov rayonunda partlayış baş verən ofisdə xilasetmə itləri ilə birgə axtarış işləri aparılır.

Dağıntılar altında qalanların olma ehtimalı var. Əraziyə axtarış briqadası və xüsusi təlim görmüş itlər cəlb edilib.

TƏBİB-in yaydığı ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.

Xatırladaq ki, partlayış səhər saatlarında Ə.Rəcəbli küçəsində yerləşən "AFEN Plaza" biznes mərkəzində qeydə alınıb.

Binanın son görüntüləri yayılıb:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью