Icma.az, Olay.az portalına istinadən məlumat verir.
Rus müğənni Lolita evlilikləri və münasibətlərindəki davranışları ilə bağlı səmimi açıqlama verib.
OLAY yazır ki, sənətçi müsahibəsində uzun müddət sevgililərinə qarşı əsl ev tiranı kimi davrandığını etiraf edib.
“Mən diktatoram. Tarixən belə alınıb ki, ailənin əsas maddi təminatçısı mənəm, deməli, diktatoram. Əgər hər şeyi mən ödəyirəmsə, onda mənim hesabıma yaşayan insan belə, belə və belə davranmalıdır. Bu, yanında olan insanı məhv edir. Partnyoru alçaldır. Mən isə başqa cür ola bilmirəm” deyə Milyavskaya açıq şəkildə bildirib.
Lolita əlavə edib ki, spirtli içki qəbul etdiyi zaman vəziyyət daha da ağırlaşıb. Belə məqamlarda münasibətdə olduğu insanı çox sərt və qorxunc şəkildə məhv etdiyini etiraf edib.