Lent az saytından alınan məlumata görə, Icma.az bildirir. Psixoloq Mark Travers münasibətlərdə dürüstlüyün hər zaman faydalı olmadığını bild
Onun fikrincə, bəzi həqiqətləri demək əvəzinə susmaq bəzən əlaqəni daha yaxşı qoruyur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, son araşdırmalar cütlüklər arasında nə vaxt danışmağın, nə vaxt susmağın bilinməsinin münasibətin sabitliyində mühüm rol oynadığını göstərir.
Mütəxəssis münasibətdə olanlara iki mövzunu tərəfdaşdan gizli saxlamağı tövsiyə edir. 1.
Xarici görünüşlə bağlı qeyri-zəruri iradlar İnsanlara partnyorunun çəkisini, qırışlarını və ya dəri problemlərini xatırlatmaq normal görünə bilər, sanki yardım məqsədidir.
Lakin Travers xəbərdar edir ki, ən yaxşı niyyətlə deyilmiş bu cür sözlər belə qüsur tapmaq kimi qəbul olunur.
Family, Systems, and Health jurnalında dərc olunan araşdırmaya görə, çəkisi haqqında partneri ilə danışan insanların 55 faizi söhbətdən sonra özünü daha pis hiss edib.
Belə mövzular tərəfdaşda narahatlıq, utanma və özünəinam itkisi yaradır.