Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Britaniyalı müğənni Lauren Bennett vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
37 yaşlı sənətçinin ölüm xəbərini onun üzvü olduğu G.R.L qrupu da təsdiqləyib. Qrup üzvləri paylaşdıqları açıqlamada Laurenin vəfatından dərin kədər hissi keçirdiklərini bildiriblər.
Müğənninin ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, Lauren Bennett daha çox LMFAO qrupunun məşhur "Party Rock Anthem" hitindəki ifası ilə tanınıb. O, 23 iyun 1989-cu ildə İngiltərənin Kent şəhərində anadan olub. Yeniyetmə yaşlarından pub və barlarda çıxış edən sənətçi müxtəlif istedad müsabiqələrində iştirak edib, həmçinin "X Factor" layihəsində də yer alıb.
Lauren 2000-ci illərin sonlarında Paradiso Girls qrupunun üzvü olub. Daha sonra solo karyerasına başlayan ifaçı 2011-ci ildə "Party Rock Anthem" mahnısında səsləndirdiyi vokalla dünya şöhrəti qazanıb. O, sonralar G.R.L qrupunda fəaliyyət göstərib.