futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yelena Parxomenko Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə beynəlxalq yarışa təyinat alıb.
Futbolpress.az xəbər verir ki, o, qadın voleybolçular arasında keçirilən CEV Kubokunun pley-off mərhələsinin oyununda iştirak edəcək.
Parxomenko yanvarın 27-də İstanbulda təşkil olunacaq “Galatasaray DAİKİN İSTANBUL” (Türkiyə) – “Allianz MTV STUTTGART” (Almaniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək. Oyunun baş hakimləri portuqaliyalı Nuno Maia və kiprli Andreas Daniil olacaq.