PAŞA Bank” ABA tərəfindən 5 nüfuzlu mükafata layiq görülüb | Icma.az
Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq. Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” Azərbaycan Banklar Assosiasiyası
Belə ki, ölkədə bank sektorunun bütün iştirakçıları arasında keçirilən müsabiqədə maliyyə institutlarının 2024-ci il üzrə fəaliyyət nəticələ
Assosiasiyanın ekspertləri tərəfindən verilən qərara əsasən “PAŞA Bank” 5 istiqamət üzrə nüfuzlu mükafata layiq görülüb.
Belə ki, Bank, “Korporativ sosial məsuliyyət", “Maliyyə savadlılığı dəstəkçisi”, “Təhsil dəstəkçisi”, "Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi” və “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)” istiqamətlərində qalib elan olunub.
Xatırladaq ki, “PAŞA Bank”, ötən illərdə də ABA tərəfindən müxtəlif nominasiyalarda nüfuzlu mükafatlarla təltif edilib.
Son illər ərzində “PAŞA Bank” ölkənin qeyri-neft sektorunun güclənməsi, real sektorun və sahibkarlığın dayanıqlı inkişafı istiqamətində mühüm təşəbbüslərlə çıxış edərək həm yerli, həm də beynəlxalq səviyyədə əhəmiyyətli töhfələr verib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu