Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"PAŞA Bank" ASC Bakı Ağ Şəhərdə yeni "Mərkəzi" filialını istifadəyə verməyə hazırlaşır.
Bunu Marja.az-a Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Murad Süleymanov bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yeni "Mərkəzi" filialı Bakı Ağ Şəhərdə "Nizami Gəncəvi" adına mədəniyyət və istirahət parkının yaxınlığında yerləşəcək. Artıq filial üçün seçilmiş ofis təmir edilir və təmir işlərinin xeyli hissəsi görülüb. Yeni xidmət mərkəzi böyük filial olacaqdır və belə bir filiala ehtiyac olduğunu müşahidə edirik",- Murad Süleymanov deyib.
"PAŞA Bank"ın yeni "Mərkəzi" filialı üçün seçilən ofis Bakı Ağ Şəhərdə 2-ci Şərq küçəsilə 3-cü Park küçəsinin kəsişməsində yerləşir.
Qeyd edək ki, bir müddət əvvəl "PAŞA Bank"ın baş ofisi Bakı Ağ Şəhrdə Mərkəzi Bulvar küçəsində yerləşən biznes mərkəzinə köçürülüb.