PAŞA Bank ın 932 926 ədəd adi, adlı səhmi bazara təklif olunacaq Cavid Quliyev

28.01.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səhmlərin İlkin Kütləvi Təklif üsulu ilə yerləşdirilməsi Bank üçün növbəti strateji inkişaf mərhələsidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "PAŞA Bank"ın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev rəhbərlik etdiyi bankın səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, IPO prosesinə qoşulan ilk özəl Bank məhz "PAŞA Bank"dır:

""Paylaşdıqca, böyüyürük. Birlikdə." şüarı ilə keçirilən səhmlərinin yerləşdirilməsi, bankımıza daha şəffaf, dayanıqlı və investorlar üçün uzunmüddətli dəyər yaradan bir maliyyə institutu kimi fəaliyyətini genişləndirmək imkanı verir. Hazırkı mərhələdə yerləşdirilməsi nəzərdə tutulan səhmlərin həcmi Bank kapitalının 5 faizinə bərabər olmaqla, 932 926 ədəd adi, adlı səhmdən ibarətdir".

O qeyd edib ki, "PAŞA Bank" hər zaman real sektorun etibarlı maliyyə tərəfdaşı olub və bu
missiyanı uğurla davam etdirir.

"İllər ərzində dayanıqlı və məqsədyönlü inkişaf bizim səhm bazarına çıxışımıza təkan oldu. Bu addım ölkə iqtisadiyyatına, xüsusilə də qeyri-neft sektorunun inkişafına daha güclü töhfə verməmiz üçün yeni fürsətlər yaradır", - deyə, Bankın baş icraçı direktoru vurğulayıb.

Qeyd edək ki, "PAŞA Bank" 2007-ci ildə yaradılmış Azərbaycanın aparıcı korporativ maliyyə institutlarından biridir. Bank korporativ və kiçik və orta biznes müştərilərinə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi və klassik bank xidmətləri təqdim edir.

Fəaliyyətinin əsas məqsədi qeyri-neft sektorunun inkişafına dəstək vermək, real sektor bizneslərinin maliyyə ehtiyaclarını qarşılamaq və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməkdir. "PAŞA Bank" Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədə də xidmət göstərir. Bank 2024-2025-ci illərdə yerli sahibkarlığın inkişafına verdiyi töhfələrə görə "Euromoney", "International Investor" və "Global Finance" kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən müxtəlif mükafatlarla, o cümlədən "Ən yaxşı KOS bankı" və "World's Best Private Banks 2025" kimi titullarla təltif olunub. 2025-ci ildə "Stevie Awards" tərəfindən "İlin şirkəti" nominasiyasında "Gold Stevie" mükafatını qazanan ilk Azərbaycan bankı olub.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью