Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“PAŞA Bank” ASC-nin nizamnamə kapitalında “PAŞA Holding” MMC-yə məxsus olmuş 56,8195%-lik səhm paketi “PAŞA Maliyyə Holdinqi” MMC-yə ötürülüb.
Marja.az xəbər verir ki, bu barədə “PAŞA Bank”ın əhəmiyyətli payın əldə edilməsi və özgəninkiləşdirilməsinə dair açıqlamasında bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məlumata görə, 56,8195%-lik payın “PAŞA Maliyyə Holdinqi” MMC-yə ötürülməsi 12 may 2026-cı il tarixində baş tutub. Bank bildirib ki, payların ötürülməsindən və “PAŞA Bank” ASC-nin səhmlərinin ilkin kütləvi təklifi — IPO prosesinin başa çatmasından sonra bankın səhmdar strukturu yenidən formalaşıb.
Hazırda “PAŞA Bank”ın səhmdar strukturu belədir:
- “PAŞA Maliyyə Holdinqi” MMC – təxminən 53,97%
- “Bless” MMC – təxminən 26,77%
- Arif Mir Cəlal oğlu Paşayev – təxminən 9,5%
- Mir Camal Hafiz oğlu Paşayev – təxminən 4,76%
- Bakı Fond Birjasında sərbəst tədavüldə olan səhmlər üzrə digər fiziki və hüquqi şəxslər – 5%
Beləliklə, “PAŞA Maliyyə Holdinqi” MMC 53,97%-lik payla “PAŞA Bank”ın ən iri səhmdarıdır.