“PAŞA Bank”ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb

18.09.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“PAŞA Bank”ın səhmdarlarının sayı bankın keçirdiyi ilkin kütləvi təklifdən (IPO) sonra 18 minə yaxınlaşıb.

“APA-Economics” xəbər verir ki, bu barədə bankın 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrinin təqdimatı zamanı bildirilib.

Azərbaycanda özəl bank sektorunda ilk dəfə həyata keçirilən IPO-da 17 960 unikal investor iştirak edib.

IPO üzrə ümumi abunəlik məbləği 66,3 milyon manat, faktiki yerləşdirmə məbləği isə 51,3 milyon manat təşkil edib. Bununla da IPO üzrə abunəlik səviyyəsi 129% olub.

Beləliklə, təklif olunan səhmlərin həcmindən 15 milyon manat daha çox sifariş daxil olub.

Qeyd edək ki, IPO çərçivəsində “PAŞA Bank”ın səhmlərinin 5%-i kütləvi təklif edilib. Bir səhmin təklif qiyməti 55 manat müəyyənləşdirilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью