“Paşa Həyat Sığorta” təkbaşına bazarın 46% dən çoxunu formalaşdırıb

24.09.2026

Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Paşa Həyat Sığorta” ASC 2026-cı ilin yanvar–avqust aylarında 517 milyon 884 min manat sığorta haqqı toplayaraq Azərbaycan sığorta bazarının ən böyük yığım həcminə malik şirkəti olub.

Marja.az Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, 2025-ci ilin eyni dövründə şirkətin yığımları 481 milyon 472 min manat idi. İllik artım 36 milyon 412 min manat və ya 7,6% təşkil edib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Şirkətin ödənişləri isə daha sürətlə artıb. Sığorta ödənişləri 375 milyon 641 min manatdan 477 milyon 193 min manata yüksəlib. Artım 101 milyon 552 min manat və ya 27% olub.

Ödəniş/yığım nisbəti 78%-dən 92,1%-ə yüksəlib.

“Paşa Həyat Sığorta”nın ümumi bazar yığımlarındakı payı 45,94%-dən 46,43%-ə çatıb. Şirkət təkbaşına bütün bazar üzrə toplanmış hər 100 manat sığorta haqqının təxminən 46 manatını formalaşdırıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью