“PAŞA Həyat”ın kapital ehtiyatı 33,6 milyon manata düşdü

11.11.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“PAŞA Həyat Sığorta” ASC 2026-cı ilin üçüncü rübünə olan maliyyə göstəricilərini açıqlayıb. Qeyd olunan dövrdə şirkətin məcmu kapitalı illik müqayisədə 27,4% (20 milyon 615 min manat) kiçilərək 54 milyon 706 min manata düşüb.

“Yeni Sabah” xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 75 milyon 321 min manat səviyyəsində qeydə alınmışdı. Maliyyə göstəricilərindəki geriləmə tələb olunan kapital və kapital buferində də özünü göstərib. Şirkətin tələb olunan kapitalı illik 22,1% azalan 21 milyon 59 min manata, kapital buferi (əlavə kapital ehtiyatı) isə 30,3% geriləyərək 33 milyon 647 min manata enib. Tələb olunan kapitalın minimum həddi isə dəyişməz qalaraq 10 milyon manat təşkil edib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью