“PAŞA Holding” Bakıda keçirilən dünya finalının Platin sponsoru olub FOTOLAR | Icma.az
Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
(®) Dünyanın ən nüfuzlu proqramlaşdırma yarışması hesab olunan ICPC 2025 Dünya Finalı - “ICPC Foundation” təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, "Huawei", "Google Deep Mind", “Open AI”, “JetBrains” kimi qlobal lider texnologiya şirkətlərinin dəstəyi, eləcə də “PAŞA Holding”in sponsorluğu ilə Bakı şəhərində 31 avqust - 4 sentyabr 2025-ci il tarixlərində baş tutub.
Sözügedən tədbirdə “PAŞA Holding”in törəmə şirkətləri olan "PAŞA Bank", "Kapital Bank", "PAŞA Sığorta" və "PAŞA Həyat" şirkətləri ilə təmsil olundu.Qeyd edək ki, Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsi (ICPC) dünyanın müxtəlif universitetlərindən olan tələbələr üçün nəzərdə tutulmuş qlobal alqoritmik proqramlaşdırma yarışıdır.
Üç nəfərlik komandalar 5 saat ərzində çətin və real dünya problemlərini həll etməyə çalışaraq yaradıcılıq, komanda işi və problem həll etmə bacarıqlarını sınayırlar.
"ICPC" intensiv və yüksək səviyyəli rəqabət vasitəsilə informatika sahəsində innovasiya və mükəmməlliyi təşviq edir.
"ICPC" ilk dəfə 1970-ci ildə Şimali Amerikada yerli səviyyədə təşkil olunub.
1977-ci ildə isə ilk dəfə dünya çempionatı formatında keçirilib və həmin vaxtdan etibarən qlobal, çoxmərhələli bir yarışa çevrilib.
Bu gün "ICPC" yerli və regional mərhələlərdən ibarət beynəlxalq bir sistemə malikdir və hər il "ICPC" Fondunun təşkilatçılığı ilə keçirilən dünya finalı ilə yekunlaşır.1 sentyabr 2025-ci il tarixində keçirilən açılış mərasimində "ICPC" Fondunun prezidenti Bil Pouçer builki yarışa 63 294 tələbə, 10 573 məşqçi və köməkçi məşqçinin qatıldığını bildirib.
Tam oxu
Xəbəri oxu