Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
PAŞA Holding-də yeni təyinat olub.
Banco.az xəbər verir ki, Əmir Məmmədov PAŞA Holding-də Qrup İctimaiyyətlə Əlaqələr və Kommunikasiya üzrə Menecer vəzifəsinə təyin olunub.
19 ildən artıq peşəkar təcrübəyə malik Əmir Məmmədov strateji korporativ kommunikasiyalar, media menecmenti, dayanıqlı inkişaf və ESG istiqamətlərində fəaliyyət göstərib. Onun təcrübəsi biznes və sosial layihələrin strateji mövqeləndirilməsi və kommunikasiyası, böhran kommunikasiyalarının idarə edilməsi, korporativ reputasiyanın formalaşdırılması və müxtəlif ESG layihələri əhatə edir.
2011-ci ildə PAŞA Bank komandasına Mətbuat katibi kimi qoşulan Əmir Məmmədov sonrakı illərdə bankın İctimaiyyətlə Əlaqələr departamentində və Korporativ Tərəfdaşlarla Münasibətlər şöbəsində müxtəlif aparıcı və rəhbər vəzifələrdə fəaliyyət göstərib.
Ə. Məmmədov 2023-cü ildən PAŞA Bankın Korporativ Tərəfdaşlarla Münasibətlər şöbəsinə rəhbərlik edib. Bu müddətdə strateji kommunikasiyalar, korporativ reputasiya, ESG və dayanıqlı inkişaf, böhran idarəçiliyi istiqamətlərinin inkişafına töhfə verib.
Qeyd edək ki, Ə. Məmmədov 2004-cü ildə Azərbaycan Kooperasiya Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil alıb. 2025-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGIMO) ESG idarəetməsi üzrə təhsilini davam etdirib.
Əmir Məmmədov Böyük Britaniyanın “London School of Public Relations” akademiyasının ilk azərbaycanlı məzunudur.