Icma.az bildirir, Apa.az saytına əsaslanaraq. 5 fevral 2025-ci il tarixində PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən təşkil edilən,
Tədbirin açılış mərasimində Azərbaycan Republikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid
PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov çıxışında forumun əhəmiyyətini yüksək dəyərləndirib.
"Ölkəmizdə ilk dəfə olaraq hüquq mövzusunda belə miqyasda forum keçirilir və bizim üçün bu forumun təşəbbüskarı və təşkilatçısı qismində çıxış eləmək həm çox sevindirici, həm də çox qürurverici haldır." - Cəlal Qasımov bildirib.
“İqtisadiyyatın şaxələndirilməsi üçün bu sahədə hüquq sisteminin inkişafı, həmçinin dövlət və özəl sektor arasında qarşılıqlı etimadın daha da gücləndirilməsi vacibdir.
Biznes fəaliyyətinin stimullaşdırılması, dövlət müəssisələrinin səmərəli idarə olunması, dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi iqtisadi sferada prioritet istiqamətlərdəndir.
İqtisadiyyatın ayrı-ayrı sahələri inkişaf etdikcə hüquq-mühakimə sisteminin də qarşısında yeni çağırışlar yaranır.
LEGIS Hüquq Forumu qanunvericiliyin təkmilləşdirilməsi sahəsində təkliflərin dəyərləndirilməsi üçün əhəmiyyətli platformadır” - Azərbaycan Republikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov qeyd edib.