“PAŞA Holdinq”in sığorta şirkətlərinin rəhbərləri yerdəyişmə edib

10.06.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

"PAŞA Həyat Sığorta" və “PAŞA Sığorta” şirkətlərinin rəhbərləri yer dəyişib.

APA-Economics”in məlumatına görə, "PAŞA Həyat Sığorta" şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov artıq bu gündən etibarən "PAŞA Sığorta" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edəcək. "PAŞA Sığorta"nın İdarə Heyətinin sədri Ülviyyə Cabbarova isə “PAŞA Həyat”ın İH-nin sədri təyin edilib.

Məlumata görə, bununla bağlı Azərbaycan Mərkəzi Bankı tərəfindən müvafiq icazə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Niyaz İsmayılov 2017-ci ilin fevral ayından “PAŞA Həyat Sığorta” şirkətində İdarə Heyətinin sədri vəzifəsini icra edir. Ülviyyə Cabbarova isə 2008-ci ildən “PAŞA Sığorta”da fəaliyyət göstərib, 2012-ci ildə isə sığorta şirkətininin İdarə Heyətinin sədri təyin edilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью