PAŞA Sığorta avtomobilə dəyən zərər üzrə 33 900 AZN ödəniş edib

03.02.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Baş vermiş avtomobil qəzasından sonra PAŞA Sığorta Tam KASKO sığortalı müştərisinə 33 900 AZN dəyərində ödəniş edib.

Hadisə zamanı sığortalıya nəqliyyat vasitəsini idarə edən sürücü yol hərəkəti qaydalarına riayət etmədiyindən digər nəqliyyat vasitəsilə toqquşub, nəticədə avtomobil məhvə uğrayıb.

Qeyd edək ki, Tam KASKO sığortası avtonəqliyyat hadisəsi, atılmış və düşmüş əşyalar, heyvanların hərəkəti, oğurluq və soyğunçuluq, yanğın və partlayış, təbii fəlakətlər zamanı avtomobilə dəyən zərəri qarşılayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью