“PAŞA Sığorta” bir ayda müştərilərin 15 milyon manatdan çox zərərini ödəyib

27.08.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"PAŞA Sığorta" iyul ayı ərzində müştərilərinə 15.065.086 manat məbləğində sığorta ödənişi həyata keçirib.

Bu barədə "APA-Economics"ə şirkətdən məlumat verilib.

Şirkət ay ərzində

• avtonəqliyyat hadisələri üzrə 9.035.446 ₼,

• əmlak hadisələri üzrə 304.392 ₼,

• könüllü tibbi sığorta halları üzrə 5.711.263 ₼,

• səyahət sığortası hadisələri üzrə 13.985 ₼ ödəniş edib.

Bu rəqəmlər göstərir ki, “PAŞA Sığorta” gözlənilməz hadisələr zamanı daim müştərilərin yanındadır. Şirkət müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və müştərilərinə təminatlarını ödəməyə sadiqdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью