Paşa Sığorta nın əməkdaşı dələduzluq edir?

17.05.2025

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Avtomobil alqı-satqısı ilə bağlı qalmaqallı iddia gündəmə gəlib.
Newscenter.az az xəbər verir ki, şikayətçi Ruzi Ağababa oğlu Kərəmli “Sosialmedia.az”-a müraciət edərək Mehbarə İlham qızı Rəhimovanın (bəzi sənədlərdə İlhamə İlham qızı Rəhimova kimi göstərilir) onu aldadaraq dələduzluq əməlinə yol verdiyini iddia edib.
Şikayətçinin sözlərinə görə, 25 fevral 2025-ci il tarixində Mehbarə Rəhimova özünə məxsus “Mercedes Benz 350” markalı minik avtomobilini 10 min manat qarşılığında satıb. Müqavilə əsasında notarial etibarnamə də təqdim olunub. Lakin təxminən iki ay sonra, Mehbarə Rəhimova həmin etibarnaməni birtərəfli qaydada ləğv edərək avtomobili axtarışa verib və iddia edib ki, nəqliyyat vasitəsi onun xəbəri olmadan qaçırılıb.
Ruzi Kərəmli isə bu iddiaları təkzib edir və bildirir ki, avtomobilin satışı qarşılıqlı razılaşma əsasında həyata keçirilib, ödəniş tam və şəffaf şəkildə edilib. Onun sözlərinə görə, nə etibarnamə bərpa olunur, nə də ödənilmiş pul geri qaytarılır. Şikayətçi əlavə olaraq qeyd edir ki, qarşı tərəf əlavə vəsait tələb etməklə onu təhdid edir.
Şikayət həmiçinin iddia edir ki, Mehbarə Rəhimova özünü “Paşa Sığorta” şirkətinin əməkdaşı kimi təqdim edərək bu ad altında nüfuz formalaşdırmağa və təsir göstərməyə çalışır.
Qeyd edək ki, şikayətçi notarial etibarnamənin surətini də təqdim edib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə cəhd edilsə də, müraciət cavabsız qalıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью