PAŞA Sığorta şirkətinin idarə heyətində dəyişiklik olub

29.04.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkənin qabaqcıl sığorta şirkətlərindən olan PAŞA Sığortanın İdarə Heyəti sədrinin müavini Tural Əliyev PAŞA Property Management şirkətinin Baş direktoru vəzifəsinə təyin olunub.
Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, Tural Əliyev PAŞA Sığorta şirkətində 17 ildən artıq fəaliyyət göstərərək müxtəlif rəhbər vəzifələrdə çalışıb və bu müddət ərzində şirkətin inkişafında mühüm rol oynayıb. O, PAŞA Sığortanın bazardakı mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli təsir göstərib.

Tural Əliyev PAŞA Sığortadakı vəzifəsindən ayrılaraq, 1 may 2025-ci il tarixindən etibarən yeni vəzifəsini icra edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью