Paşa Texnikin həyatı film olur

15.05.2025

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyalı mərhum reper Paşa Texnikin həyat və yaradıcılığına həsr olunmuş sənədli film hazırlanır.

Axşam.az xəbər verir ki, "Paşa Texnik. Kimlərin arxasında andeqraund dayanır?" adlı bu layihədə sənətçinin musiqi sənayesinə təsiri, şəxsi həyatının çətinlikləri və onunla bağlı eksklüziv müsahibələr, arxiv görüntüləri təqdim olunacaq.

Qeyd edək ki, reper 2025-ci ilin aprelində vəfat edib. Ölümünün səbəbi isə narkotik maddələrin istifadəsi fonunda inkişaf edən ağır bakterioloji pnevmoniya və nəticədə yaranan çoxorqanlı çatışmazlıq olub. Müalicə aldığı Taylandda həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью