Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın aparıcı fintex şirkəti və “Bir” ekosisteminin tərkib hissəsi olan “PashaPay” ölkə daxilində innovativ rəqəmsal maliyyə həllərinə çıxış imkanlarının genişləndirilməsi üzrə əməkdaşlıq çərçivəsində rəqəmsal ödəniş texnologiyaları sahəsində qlobal lider olan “Mastercard” ilə Anlaşma Memorandumu (MoU) imzalayıb.
Sənəd iyunun 3-də Amsterdamda “PashaPay”in rəsmi qaydada “Bir” ekosistemini təmsil etdiyi dünyanın ən yaxşı fintex tədbirlərindən olan “Money 20/20 Europe”da imzalanıb.
Bu strateji addım “Mastercard” və “PashaPay” arasında əməkdaşlığı aşağıdakılar üzrə gücləndirmək məqsədi daşıyır: İyunun 3-də dərc olunmuş birgə bəyanatda “PashaPay” və “Mastercard” bu strateji addımın iki tərəf arasında aşağıdakılar üzrə əməkdaşlığı gücləndirmək məqsədi daşıdığını bildirib: • Kibertəhlükəsizlik, rəqəmsal kimlik və fırıldaqçılığın qarşısının alınması texnologiyalarının tətbiqi; • “Mastercard” və “m10” markalı rəqəmsal ödəniş məhsullarının buraxılması; • “Mastercard”ın “MoneySend”, “Cross-Border Send” və “Alias Directory” kimi xidmətləri vasitəsilə transsərhəd pul köçürmələrinə çıxışın genişləndirilməsi; • Beynəlxalq əhatənin gücləndirilməsi.
“PashaPay” şirkətinin baş direktoru Samir Məmmədov bildirib: “Mastercard” ilə əməkdaşlıq “PashaPay”in maliyyə xidmətlərini daha əlçatan və təhlükəsiz etmək missiyasında mühüm mərhələdir.
Tərəfdaşımızın qlobal təcrübəsi və güclü infrastrukturu ilə biz gündəlik istifadəçilər və bizneslərə təhlükəsiz və asan beynəlxalq pul köçürmələri də daxil olmaqla daha yaxşı maliyyə alətləri təqdim edə bilərik.
“Money 20/20” Europe sərgisində bu anlaşma memorandumunun imzalanması “Bir” ekosisteminin Azərbaycanın fintex sənayesini qlobal xəritədə mövqeləndirmək, beynəlxalq dialoqa qoşulmaq və güclü, uzunmüddətli strateji tərəfdaşlıqlar qurmaq öhdəliklərinə sadiqliyini nümayiş etdirməklə xüsusilə əlamətdardır”.
“Mastercard”ın Türkiyə və Azərbaycan üzrə baş meneceri Avşar Gürdal qeyd edib: “Bu tərəfdaşlıq qlobal təcrübə və yerli bazar bilikləri arasında mükəmməl sinerjini təmsil edir.