PashaPay və Türkiyənin Sipay şirkəti regional fintex əməkdaşlığını gücləndirmək məqsədilə …
Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əməkdaşlıq Azərbaycan və Türkiyə arasında transsərhəd fintex innovasiyalarını təşviq edəcək və rəqəmsal maliyyə xidmətlərinə çıxışı genişləndirəcək.
Azərbaycanın aparıcı fintex şirkətlərindən biri, m10 tətbiqinin yaradıcısı və Bir ekosisteminin üzvü – PashaPay ilə Türkiyənin ən sürətlə böyüyən fintex şirkəti - Sipay arasında transsərhəd fintex innovasiyalarını təşviq etmək və rəqəmsal maliyyə xidmətlərinə çıxışı genişləndirmək məqsədilə strateji Əməkdaşlıq Sazişi imzalanıb.
Saziş 3 iyun tarixində, PashaPay-in Bir ekosistemi təmsil etdiyi dünyanın aparıcı fintex tədbirlərindən biri olan Money 20/20 Europe zamanı Amsterdamda imzalanıb.
Tərəfdaşlıq qarşılıqlı bazarlara çıxışı təmin etmək, texnologiya platformalarını inteqrasiya etmək və qlobal ödəniş şəbəkələri vasitəsilə maliyyə əməkdaşlığını daha da dərinləşdirməyi hədəfləyir.
PashaPay və Sipay tərəfindən verilən mətbuat açıqlamasında bildirilib ki, saziş çərçivəsində hər iki şirkət rəqəmsal maliyyə xidmətlərinə çıxışı genişləndirmək, inklüziv iqtisadi əlçatanlığı dəstəkləmək və hər iki ölkədə fəaliyyət göstərən fərdi şəxslər və bizneslər üçün asan və sürətli əməliyyatların həyata keçirilməsini təmin etmək məqsədilə əməkdaşlıq edəcək.
PashaPay şirkətinin baş icraçı direktoru Samir Məmmədov bildirib: "Bu əməkdaşlıq, regionda daha sıx inteqrasiya olunmuş və inklüziv rəqəmsal iqtisadiyyatın qurulması yolunda mühüm bir addımdır.
Biz qardaş Türkiyənin Sipay şirkəti ilə tərəfdaşlıq edərək yalnız PashaPay-in rəqəmsal pulqabı tətbiqi olan m10 istifadəçiləri üçün yeni imkanlar yaratmırıq, eyni zamanda, beynəlxalq pul köçürmələrini asanlaşdırmaqla Azərbaycan və Türkiyədə, eləcə də region xaricində yaşayan və fəaliyyət göstərən vətəndaşlar, ailələr və bizneslərin gündəlik həyatına dəstək vermiş oluruq." Sipay şirkətinin baş icraçı direktoru Semih Muşabak qeyd edib: "PashaPay ilə əməkdaşlıq etməkdən qürur duyuruq.
Tam oxu
Xəbəri oxu