Paşinyan 10 gün əvvəldən Suriyada baş verəcəkləri bilirdi Melikyan

09.12.2024

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ermənistanın Suriyadakı humanitar minatəmizləmə bölməsi və həkimlərinin noyabrın 29-da təhlükəsiz şəkildə ölkəmizə qayıtması yaxşı haldır. Lakin burada bir məqam var”. 

Globalinfo.az xəbər verir ki, bunu Qarabağdakı keçmiş qondarma rejimin İrəvana qaçan separatçılarından Arman Melikyan deyib.

O, İrəvan hökumətinin əvvəldən informasiya aldığını bildirib:

“Adamlarımız hərbi nəqliyyat təyyarəmizlə ölkəyə gətiriliblər. Yəni əslində Ermənistanın Baş naziri Nikol Paşinyan hökuməti Suriyada baş verəcəkləri 10 gün əvvəldən bilirdi. Maraqlıdır, hökumətə hansı ölkə xəbərdarlıq edib? Rusiya, Qərb, yaxud başqa biri? Bu sualın cavabı ölkənin gələcəyi ilə bağlı fikrin formalaşması üçün vacibdir”.

Əliyar Xəlil
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью