Paşinyan 19 günlük məzuniyyətə çıxır

09.07.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 10-dan 29-u da daxil olmaqla məzuniyyətdə olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətinə istinadən Ermənistan mediası məlumat yayıb.

İyulun 10-dan 20-dək olan dövrdə hökumət başçısının vəzifələrini Baş nazirin müavini Mqer Qriqoryan, iyulun 21-dən 29-dək isə Baş nazirin müavini Tiqran Xaçatryan icra edəcək.

Qeyd edək ki, Nikol Paşinyan may ayında Ermənistanda iyunun 7-də baş tutmuş parlament seçkiləri ilə əlaqədar artıq məzuniyyətdə idi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью