Paşinyan: “2018ci ilədək aparılan danışıqların məzmununu xalqa çatdırmamağım mənim səhvimdir” KONKRET

23.12.2024

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“1994-cü ildən-yəni atəşkəsdən sonra danışıqlar prosesi Qarabağın Azərbaycana qaytarılması üzərində qurulmuşdu”.

KONKRET.az xəbər verir kİ, bunu Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” hesabında yazıb: “Danışıqlar prosesinin başqa məzmunu yox idi. Digər məzmunlu söhbətlər Ermənistan Respublikasında sırf daxili siyasi problemlərin həlli üçün aparılıb. Bu kontekstdə mən çox böyük səhv etdim. 2018-ci ildə aparılan danışıqların məzmunu ilə tanış olduqdan sonra mən bunu insanlara izah etmədim. Bu, mənim səhvimdir. Mənə bunları söyləməyə sadəcə sizin bildiyiniz vətənpərvərlik modeli mane oldu”  – deyə o yazıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью