Paşinyan: 2026 cı ildə TRIPP layihəsi çərçivəsində real işlər başlayacaq

08.06.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

"2025-ci ilin ən vacib hadisəsi 8 avqustda Vaşinqtonda qeydə alınan hadisədir".

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“O zaman biz sülh müqaviləsini paraflayaraq və ABŞ Prezidenti Donald Tramp tərəfindən də şahid kimi imzalanmış bəyannaməni qəbul edərək Azərbaycanla sülh bağladıq”, - deyə Paşinyan əlavə edib. pizza

Baş nazirin sözlərinə görə, hazırda prioritet sülh müqaviləsinin institusionallaşdırılmasıdır: “Yaxın gələcəkdə sülh müqaviləsinin institusionallaşdırılmasına hazırlaşırıq və bu “istiqamət”ə doğru çalışacağıq”.

Paşinyan TRIPP layihəsi mövzusuna toxunaraq Ermənistanla ABŞ arasında müvafiq müqavilənin imzalanmasının başa çatdığını və ratifikasiya prosesinin yaxın gələcəkdə başlanması planlaşdırıldığını vurğulayıb.

Onun sözlərinə görə, layihə Ermənistan üçün strateji əhəmiyyət kəsb edir və ölkənin regiondakı mövqeyini əhəmiyyətli dərəcədə dəyişə bilər.

“Bu, həqiqətən də vəziyyəti dəyişdirən bir layihədir, çünki Ermənistan Respublikası, artıq dediyim kimi, münaqişə çıxılmaz vəziyyətindən “Sülh Yollarının Kəsişməsinə” çevrilir”.

Baş nazir əlavə edib ki, layihənin praktiki icrası bu il başlayacaq. “Yerdə real işlər 2026-cı ildə başlayacaq”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью